Belarusda “Azərbaycan Ticarət Evi” qeydiyyata alınıb

Belarusda “Azərbaycan Ticarət Evi” qeydiyyata alınıb Ticarət evi Belarus bazarına məhsul ixracı və satışında iş adamlarını dəstəkləyəcək
Biznes
21 Fevral , 2017 19:29
Belarusda “Azərbaycan Ticarət Evi” qeydiyyata alınıb

Bakı. 21 fevral.REPORT.AZ/ Minsk şəhərində ilk “Azərbaycan Ticarət Evi”nin təşkili işləri davam etdirilir. Ticarət Evinin idarə olunması məqsədi ilə artıq Belarusda “Azərbaycan Ticarət Evi” MMC yaradılıb və Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb.

"Report" bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir. 

Ticarət Evi Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında Belarus bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və əlaqələrin qurulması, Belarus qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, Belarus bazarına məhsul ixracı və satışında iş adamlarını yaxından dəstəkləyəcək. 

Son xəbərlər

Orphus sistemi