Bayram bazarlığı və bayram alış-verişi etmək, bayram hədiyyələri almaq istəyən yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət və təqaüd alan şəxslərə, sosial yardım alan ailələrə, Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə endirimlər təklif olunur.
Yeri gəlmişkən, dünən respublikanın bölgələrində yaşayan pensiyaçıların, habelə güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin pensiyaları ödənildi, sosial yardım, müavinət və təqaüdlərin ödənişi isə davam edir. Bu sosial ödənişləri bankomatdan çıxarmadan, digər hansısa karta köçürmədən endirim təklif edən mağaza, market və apteklərə gedib alış-veriş edib, restoran və klinikaların xidmətlərindən yararlanıb nağdsız qaydada ödəniş etsəniz, təklif olunan endirim fürsətlərindən faydalana bilərsiniz. Əgər pulu nağdlaşdırsanız və ya pensiya kartından başqa karta köçürüb istifadə etməyə çalışsanız, endirimlərdən yararlana bilməyəcəksiniz. Çünki endirim yalnız sosial ödəniş kartı ilə nağdsız qaydada edildikdə tətbiq olunur. Buna görə də pulunuzu sosial ödəniş kartından çıxarmayın, pulu endirimli alış-veriş fürsətlərindən faydalana bilmək üçün kartınızda saxlayın.
Endirim təklif edən şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq "Partnyorlar" bölməsində tanış ola bilərsiniz.
Artıq bayram yaxınlaşır. Hələ bayram bazarlığı etməmisinizsə, narahat olmayın. Yolunuzu “Bazarstore” və “Al market”dən salın, endirimli qiymətlərlə bayram alış-verişi edin. Çünki sözügedən marketlərdə sosial ödəniş alan şəxslərə endirimlər tətbiq olunur. Ölkəmizin bütün şəhər və rayonlarında fəaliyyət göstərən bu marketlər şəbəkələrindən bazarlıq edib məbləği sosial ödəniş kartı ilə ödəsəniz, sizə endirim ediləcək.
Bayram demişkən, böyük ehtimal ki, yaxınlarınıza, sevdiklərinizə bayram hədiyyəsi almaq istəyirsiniz. Elə isə yolunuzu “Baku Electronics”dən salın. Məişət avadanlıqları və elektrotexnika məhsullarının satışını reallaşdıran mağazanın Bakı ilə yanaşı regionlarda da filialları var. Sözügedən mağazanın istər paytaxtda, istərsə də regionlarda yerləşən hər bir filialında sosial ödəniş alan şəxslərə endirimlər təklif olunur. Bu mağazalardan alış-veriş edib məbləği sosial ödəniş kartı ilə ödəyən bütün sosial ödəniş alanlara avtomatik endirim tətbiq olunacaq.
Həftəsonu, yaxud bayram günlərində əzizlərini – övladlarını, nəvə-nəticələrini, sevdiklərini, yaxınlarını dadlı yeməklərə qonaq etmək istəyənlər “McDonald’s” restoranlar şəbəkəsini seçə bilərlər. Burada da sosial ödəniş alanlara endirimlər var. Endirim restoranın Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən filiallarında tətbiq olunur. Adıçəkilən şəhərlərdə yaşayan sosial ödəniş alan şəxslər əzizləri ilə bu məkanlara gedib onlarla birgə endirimli qiymətlərlə dadlı sendviç və burger yeyə bilərlər.
Ayaqqabı, çanta və ya idman geyimləri almaq istəyisiniz? Yoxsa hər üçünü? Onda “FLO” mağazasını seçin. Çünki burada da sosial ödəniş alanlara endirimlər var. Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən mağazalardan alış-veriş etsəniz, ayaqqabılar, çantalar, idman geyimləri sizə daha ucuza başa gələcək. Odur ki, bu fürsəti əldən verməyin. Gedin, alış-veriş edin, endirimli qiymətlərdən faydalanın.
Pensiya, müavinət, sosial yardım və təqaüd alan şəxslər ehtiyac duyulan dərman preparatlarını əldə etmək üçün Bakıda fəaliyyət göstərən “AVİS” apteklər şəbəkəsini seçə bilərlər. Burada da sosial ödəniş alan şəxslərə endirimlər təklif olunur.
Unutmayaq ki, endirimlərdən faydalanmaq üçün alış-veriş və xidmətlərdən istifadə zamanı ödəniş mütləq sosial ödəniş kartı, yəni pensiya, müavinət, sosial yardım və təqaüd alınan kartla nağdsız qaydada edilməlidir.
Bu günə qədər sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni sosial ödəniş kartları vasitəsilə 1 milyondan çox alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar.
Çoxsaylı endirimlər təklif edən digər şirkətlərlə