Bakı. 4 may. REPORT.AZ/ Bu gün “Baku Business Factory”nin (BBF) fəaliyyətə başlamasının ildönümüdür.
“Report” xəbər verir ki, BBF-in 2 yaşı tamam olur.
BBF-in direktoru Əlövsət Müslümov bildirib ki, gənclərin biznes təşəbbüslərini dəstəkləyən təşkilat 2 il ərzində startaplar, frilanserlər və bu ekosistemdə fəaliyyətdə olan digər təşkilatlarla yaxın əməkdaşlıq içində olaraq ekosistemin inkişafına öz töhfəsini verməyə çalışıb.
Ümumilikdə, BBF iki il ərzində 800-dən çox müraciət qəbul edib. Bu müraciətlər arasından seçilən layihələr və frilanserlər BBF-in xidmətlərindən istifadə edərək öz bizneslərini qurmaq və inkişaf etdirmək yönündə dəstək alıb. Hazırda təşkilatın xidmətlərindən 20 layihə olmaqla 70 nəfərə yaxın şəxs yararlanır. Bu layihələrdən 15-i artıq kommersiyalaşıb ki, onlardan 1-i hazırda öz xidmət və məhsullarının ixracını təşkil edir. Qalan 5 layihə isə hazırlıq mərhələsindədir. Ümumilikdə isə bugünə kimi təşkilatın xidmətlərindən 30-a yaxın startap yararlanıb.
İki il ərzində BBF tərəfindən seçilən layihələrə investisiya, ofis və ofis avadanlığı, mentorluq, biznes mövzusunda müxtəlif təlim xidmətləri göstərilib. Bu xidmətlər xaricində eyni sektorda fəaliyyət göstərən başqa şirkətlərlə də əməkdaşlıq edilərək müxtəlif layihələrə imza atılıb.
Əlövsət Müslümov deyib ki, fəaliyyətinin ilk ilində olduğu kimi, ikinci ildə də “Baku Business Factory”nin ən çox əhəmiyyət verdiyi məsələlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələnməsi yönündə atdığı addımlara dəstək vermək olub. Bu səbəbdən təşkilat biznes layihələrini seçərkən mərkəzdə yerləşən layihələrin bir-birindən fərqlənməsinə diqqət yetirir. Bunun nəticəsi olaraq, hazırda BBF-in xidmətlərindən istifadə edən 20 layihə bütün 4 əsas iqtisadi sektoru, yəni istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarını əhatə etməklə 14 ayrı biznes fəaliyyəti növünü əhatə edir.
BBF fəaliyyətinin 2-ci ilində startapların beynəlxalq bazara çıxış əldə edə bilməsi üçün ciddi addımlar atıb. Təşkilatın təsisçisi Anar Əlizadə öz şəxsi
BBF-in direktoru qeyd edib ki, layihələrə ayrı-ayrı nəzər saldıqda mərkəzdə kifayət qədər uğurlu sayılan çoxlu sayda startapların olduğunu görmək mümkündür. Dəstəklənən layihələr arasından “MrBee” ölkə daxilində yüksək keyfiyyətli bal istehsal edərək onun onlayn vasitələrlə satışını təşkil edir, eyni zamanda həmin balın ixracını həyata keçirir. “Keepface” öz mobil və web platforması vasitəsilə məşhurları və reklam verənləri birləşdirərək sosial şəbəkələr üzərindən influenser marketinq xidmətləri göstərir. “Obanatur” şirkəti ölkə ərazisində sağlam qidaların rahatlıqla çatdırılması üçün sərfəli metod təklif edir. “Banco.az” artıq bütün ölkədə tanınan bank portalıdır. “Quizmindup”ın mükəmməl test və işəgötürmə platforması artıq dünyanın müxtəlif ölkələrində özünə çoxlu alıcı tapıb. “Alkredit.az” kredit götürmək istəyənlər üçün əvəzedilməz resursdur. “BrandCream” komandası dizayn sahəsində artıq sözünü deyib. “Eventwex”in bilet emissiyası və satışı üçün təklif etdiyi həll bu sahədə ən irəlidə olan şirkətlərlə rəqabət edə biləcək gücdədir. “Invex Team” öz mühəndisləri ilə gələcəyə yol açır və bunlar kimi mərkəzdə yerləşən digər startapların da hər biri BBF-lə sıx əməkdaşlığın nəticəsi olaraq son bir ildə işlərini xeyli irəliyə götürə biliblər.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi
Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (