Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,4 mlrd manatı ötüb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,4 mlrd manatı ötüb Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 035 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,9 %-ni təşkil edib
Biznes
24 Avqust , 2021 12:37
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,4 mlrd manatı ötüb

Bu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 % artaraq 2 milyard 426 milyon manat olub.

“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 035 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,9 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi