Bakı. 27 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artaraq 4 806,8 mln. manat olub.
“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 942,2 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 61,2%-ni təşkil edib.
Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5% artaraq 3 875,3 mln. manat olub.
Bu ilin yanvar-noyabr ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 177,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 6,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.