Bakı. 20 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı "Daxili nəzarət. Risklərin idarəolunması. Məsuliyyət" mövzusunda təlim keçirilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov daxili nəzarət və risklərin idarə olunması institutları, onların məqsəd və vəzifələri, fəaliyyət prinsipləri, risklərin növü və təsnifatlaşdırılması barədə məlumat veriblər.
Ümumilikdə, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı nazirlik tərəfindən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, indiyədək 7 belə təlim keçirilib.