Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub

Biznes
  • 19 dekabr, 2017
  • 12:35
Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub
astrobl.ru

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Bakıda tikiləcək Həştərxan Biznes Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Bu barədə "Report" Həştərxan vilayətinin rəsmi saytına istinadən xəbər verir.

Qubernatorun mətbuat xidməti bildirir ki, bu Mərkəzin yaradılması Azərbaycan bazarına Rusiya məhsullarının tədarükünü artıracaq.

Açılış mərasimində çıxış edən Aleksandr Jilkin bildirib ki, Həştərxan istehsalçılarının məhsulları təqdim ediləcək Həştərxan Biznes Mərkəzinin tikintisi daha bir mühüm birgə layihədir.

Qeyd edək ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edib.

44 filmi