Hazırda Dağıstan tərəfinin təşəbbüsü ilə Bakıda Dağıstan məhsullarının daimi “şou-rumu”nun açılması nəzərdən keçirilir. 2022-ci ilin birinci rübündə Dağıstan ixracatçılarının Azərbaycana əyani biznes missiyası planlaşdırılıb.
"Report" “Mirmol” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyində Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Dağıstan İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abaskuliyev arasında işgüzar görüşdə bildirilib.
Görüş zamanı Azərbaycandan Dağıstan Respublikasının sənaye layihələrinə, TOSER-lərə, turizm infrastrukturu müəssisələrinə, aqrar sektoruna investisiyaların cəlb edilməsi müzakirə olunub.
Həmçinin Rusiyanın Azərbaycandakı İxrac Mərkəzinin nümayəndəsi Nikolay Bondov, Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin təmsilçisi Xosrov Qasanbekov, Ticarət Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.