Bakıda Azərbaycanın və İranın investisiya imkanlarına dair konfrans keçiriləcək

Biznes
  • 08 noyabr, 2016
  • 14:13
Bakıda Azərbaycanın və İranın investisiya imkanlarına dair konfrans keçiriləcək

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakıda noyabrın 10-da İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə “Azərbaycanda və İranda investisiya imkanları” mövzusunda konfrans keçiriləcək.

“Report”un “Azpromo”ya istinadən verdiyi xəbərə görə, konfransda İranın 40-dan çox şirkət və təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.

Konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

44 filmi