“Baker Hughes” Rusiyaya investisiyalarını dayandırır

“Baker Hughes” Rusiyaya investisiyalarını dayandırır Beynəlxalq neft-mədən xidmətləri şirkəti “Baker Hughes” Ukrayna hadisələri ilə əlaqədar Rusiyadakı fəaliyyətinə yeni investisiyaların qoyulmasını dayandırmaq qərarına gəlib.
Biznes
20 Mart , 2022 04:16
“Baker Hughes” Rusiyaya investisiyalarını dayandırır

Beynəlxalq neft-mədən xidmətləri şirkəti “Baker Hughes” Ukrayna hadisələri ilə əlaqədar Rusiyadakı fəaliyyətinə yeni investisiyaların qoyulmasını dayandırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə məlumat şirkətin öz saytında dərc edilib.

Şirkətin sədri və icraçı direktoru Lorenzo Simonelli bildirib ki, rəhbərlik etdiyi qurum Ukraynadakı vəziyyətin inkişafını izləməyə davam edir. Onun sözlərinə görə, şirkət qüvvədə olan beynəlxalq qanunlara və sanksiyalara, habelə cari müqavilə öhdəliklərinə əməl etməyə davam edəcək.

"Ukraynadakı böhran böyük narahatlıq doğurur və biz diplomatik həll yolunu qətiyyətlə dəstəkləyirik", - Simonelli bildirib.

Son xəbərlər

Orphus sistemi