Bağdat Amreyev: "TDT sabahın sənayesinə sərmayə qoymalıdır"

Bağdat Amreyev: "TDT sabahın sənayesinə sərmayə qoymalıdır" Türk Dövlətləri Təşkilatı (TDT) sabahın sənayesinə sərmayə qoymalıdır və bunun üçün lazımi bacarıqlar formalaşdırmalıdır.
Biznes
26 Dekabr , 2024 13:03
Bağdat Amreyev: TDT sabahın sənayesinə sərmayə qoymalıdır
Bağdat Amreyev

Türk Dövlətləri Təşkilatı (TDT) sabahın sənayesinə sərmayə qoymalıdır və bunun üçün lazımi bacarıqlar formalaşdırmalıdır.

"Report" xəbər verir ki, bunu Türk İnvestisiya Fondunun (TIF) prezidenti Bağdat Amreyev Bakıda keçirilən ürk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.

"COP29-da vurğuladığımız kimi "yaşıl keçid"i sürətləndirməliyik və bunu indi etməliyik. Başqa alternativ yoxdur", - deyə o qeyd edib.

Bundan başqa, o deyib ki, TİF regional ticarətin və investisiyaların artırılmasına, nəqliyyat, enerji və rəqəmsal əlaqələrin genişləndirilməsinə kömək edən milli, birgə və regional layihələrə maliyyə dəstəyi, həmçinin KOB və startaplara texniki dəstək təklif edəcək.

"Fond türk şirkətlərinin beynəlxalq kapitala çıxışının yaxşılaşdırılmasına, türk dövlətlərinə və şirkətlərimizə xarici investisiyaların cəlb edilməsinə də dəstək verəcək", - deyə B.Amreyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi