AZSTANDART-ın laboratoriyasında təkmilləşdirilmiş sınaqların tətbiqinə başlanılıb

AZSTANDART-ın laboratoriyasında təkmilləşdirilmiş sınaqların tətbiqinə başlanılıb AZSTANDART-ın neft-qaz laboratoriyasında təkmilləşdirilmiş sınaqlara start verilib
Biznes
26 Avqust , 2024 17:39
AZSTANDART-ın laboratoriyasında təkmilləşdirilmiş sınaqların tətbiqinə başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) Laborator-sınaq şöbəsinin Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında qaz xromatoqrafiyası üsulu ilə təbii qaz və digər qaz komponentlərinin sınaqları təkmilləşdirilib və yeni metodların tətbiqinə başlanılıb.

"Report" xəbər verir ki, bu barədə AZSTANDART məlumat yayıb.

Bildirilib ki, müasir dövrdə qaz xromatoqrafiyası üsulu dünya təcrübəsində perspektivli metod kimi maddələrin bölünməsi və analizində geniş tətbiq olunur. Bu üsulun digər fiziki-kimyəvi analiz metodları ilə müqayisədə üstünlüyü, onun ekspress üsul hesab olunmasıdır, yəni nəticələrin sürətli şəkildə əldə edilməsidir.

Son xəbərlər

Orphus sistemi