Azexport portalına sifarişlərinin ümumi dəyəri 16% artıb

Biznes
  • 29 yanvar, 2020
  • 07:13
Azexport portalına sifarişlərinin ümumi dəyəri 16% artıb

2019-cu ildə Azexport portalına 596 milyon ABŞ dolları dəyərində sifariş daxil olub. 

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir. 

Sənədə əsasən, bu, 2018-ci illə müqayisədə 16% çoxdur. 

Təkcə ötən ilin dekabr ayında isə Azexport-a sifarişlərin ümumi dəyəri 63,4 milyon dollar təşkil edib.