“Azexport” portalı və “GS1 Azərbaycan” yeni mobil tətbiq işə salıb
- 04 aprel, 2018
- 08:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 aprel. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalının dəstəyi ilə yeni mobil tətbiq işə salınıb.
Bu barədə “Report”a İİTKM-in mətbuat xidmətindən məlumat verilib.
Mobil tətbiq “GS1 Azərbaycan”ın məlumat bazasında və “Azexport” portalında qeydiyyatda olan məhsulların xüsusiyyətləri və istehsalçıları barədə məlumat almaq imkanı verir.
Xarici bazarlarda ştrixkodlar məhsulların keyfiyyətinin qoruması, təchizat zəncirinin idarə edilməsi və digər “e-commers”in tətbiqi baxımından əhəmiyyətli rol oynayır. Bu məqsədlə “Azexport” “GS1 Azərbaycan”la bir sıra birgə layihələr üzərində işləyir.
“GS1 Azerbaija”n mobil tətbiqi mobil cihaz vasitəsilə məhsulların üzərində yerləşdirilən ştrix-kodları skan edir və baza üzrə axtarış imkanı verir. “GS1” bazasında aşkar edilməyən məhsulun saxta olduğunu və ya qeydiyyatdan keçmədiyini ehtimal etmək mümkündür.
Bunun üçün Android və ya İOS tətbiqi yükləyərək məhsulun üzərindəki barkodu cihazın kamerası ilə skan etmək kifayətdir.
Növbəti mərhələdə təqdim ediləcək həll Made in Azerbaijan məhsullarını saxtalaşdırmadan tamamilə qorumağa imkan yaradacaq. Blokçeyn texnologiyasına əsaslanan həll hər hansı bir məhsulun saxtalaşdırılmasını mümkünsüz edəcək.
Qeyd edək ki, yeni mobil tətbiq “GS1 Azərbaycan”, EBRD-nin maliyyə və “Azexport” portalının texniki dəstəyi ilə hazırlanıb.
Mobil əlavə ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq mümkündür: