"Azexport"a sifarişlər martda 16 % artıb

"Azexport"a sifarişlər martda 16 % artıb 2022-ci ilin yanvar-mart aylarında Azexport.az portalına 132,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Biznes
29 Aprel , 2022 13:07
Azexporta sifarişlər martda 16 % artıb

2022-ci ilin yanvar-mart aylarında Azexport.az portalına 132,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın aprel sayında bildirilir.

Məlumata görə, bu 2021-ci ilin ilk rübü ilə müqayisədə 1,4 milyon ABŞ dolları yaxud 1,07 milyon manat artım deməkdir.

2022-ci ilin mart ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri illik müqayisədə 6,7 milyon ABŞ dolları yaxud 15,95 % artaraq 48,7 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin mart ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində toyuq, tibbi tənzif, zəli, tikinti materialları, tütün, buğda unu, qarğıdalı yağı, günəbaxan yağı, kartof, çiyələk və s. məhsullar üstünlük təşkil edib. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 mart tarixinə kimi (63 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,94 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi