"Azexport"a sifarişlər cüzi azalıb

"Azexport"a sifarişlər cüzi azalıb 2022-ci ilin yanvar-aprel aylarında "Azexport.az" portalına 162,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Biznes
31 May , 2022 11:59
Azexporta sifarişlər cüzi azalıb

2022-ci ilin yanvar-aprel aylarında "Azexport.az" portalına 162,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın may sayında bildirilir.

Hesabata görə, bu ötən ilin ilk 4 ayı ilə müqayisədə 1,5 milyon ABŞ dolları yaxud 0,91 % azdır.

2022-ci ilin aprel ayında "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,9 milyon ABŞ dolları və ya 8,79 % azdır.

2022-ci ilin aprel ayında "Azexport.az" portalına edilən ixrac sifarişlərinin tərkibində pambıq yağı, trufel göbələyi, pambıq çiyidi, duz, konservləşdirilmiş heyvan əti, buğda unu, qarğıdalı, fındıq, nar konsentratı, tibbi tənzif, kartof və s. məhsullar üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 aprel tarixinə kimi (64 ay ərzində) "Azexport.az" portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,96 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi