“Azərlotereya” tender keçirir
- 17 fevral, 2017
- 05:36
Bakı. 17 fevral. REPORT.AZ/ “Azərlotereya” ASC lotereya biletlərinin çap edilməsi ilə əlaqədar açıq tender elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, tenderdə iştirak haqqı 300 manatdır. İddiaçılar ilkin sənədləri martın 30-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 7-nə qədər Cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,13A ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Rüfət Rasim oğlu Abbasovdur (tel.: (012) 490 34 84).
Təkliflərə aprelin 10-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək. Tender prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.