"Azərlotereya" fəaliyyətini məhdudlaşdırır

Biznes
  • 19 iyun, 2020
  • 11:08
Azərlotereya fəaliyyətini məhdudlaşdırır

İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC ölkədəki karantin rejimi ilə əlaqədar iyunun 26-dan “Yeni Binqo”, “Klassik loto” və “4+4” tirajlı lotereya oyunlarının keçirilməsini dayandıracaq.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, yalnız “5/36” və “6/40” tirajlı lotereya oyunlarının keçirilməsi davam etdiriləcək.