“Azərkosmos” bu ilin ilk 8 ayında 15 mln. dollar gəlir əldə edib
Biznes
- 01 oktyabr, 2018
- 08:44
Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nda bildirilir.
Məlumata görə, hesabat dövründə səhmdar cəmiyyəti 15,3 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86%-ni təşkil edib.
2018-ci ilin avqust ayında isə “Azərkosmos”un xidmət ixracının dəyəri 1,3 mln. dollar olub.
Dövlət şirkətinin 8 ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya və Gürcüstandır.
Son xəbərlər
06:17
ABŞ Rusiya və Çinə qabaqcıl çiplərin satışını qadağan etmək niyyətindədir
İKT05:53
KİV: Britaniya Rusiyanın 10,6 milyard dollarlıq aktivlərini Ukraynaya verməyə hazırdır
Digər ölkələr05:28
Laporta "Barselona"nın prezidenti postuna yenidən seçilməyəcək
Futbol05:05
Zelenski: Ukrayna hadisələrin istənilən inkişafına hazırdır
Digər ölkələr04:38
KİV: Donald Tramp miqrantlar üçün qaydaları sərtləşdirib
Digər ölkələr04:16
ABŞ Karib dənizində HDQ-ni daha bir raket esminesi ilə gücləndirib
Digər ölkələr03:40
"SpaceX"in raketi "Starlink"in internet peykinin bir qrupu ilə orbitə çıxıb
İKT03:08
ABŞ Dövlət Departamenti Kanadaya 2,68 milyard dollarlıq sursat satışını təsdiqləyib
Digər ölkələr02:37