Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 14% artıb

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 14% artıb Ölkənin cəmi idxalının 27%-i məhz MDB ölkələrinin payına düşüb
Biznes
17 Avqust , 2017 11:43
Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 14% artıb
Report

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 14% artaraq 2017-ci ilin yanvar-iyul ayları ərzində 1 693,198 mln. ABŞ dollarına çatıb.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu müddətdə ixrac illik 49,6% artaraq 522,821 mln. dollar, idxal 3,3% artaraq 1 170,376 mln. dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin mənfi saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 17% azalaraq 647,555 mln. dollar olub.

Ümumiyyətlə, Azərbaycanın cəmi ixracının 8,50%-i, idxalının isə 26,78%-i məhz MDB ölkələrinin payına düşüb.

MDB ölkələrindən əsas tərəfdaş olan Rusiyaya ixrac illik müqayisədə 55% artaraq bu ilin ilk yeddi ayı ərzində 329,113 mln. dollara yüksəlib. İdxal isə əksinə, 7% azalaraq 785,954 mln. dollara enib. Ölkə üzrə ixracın 5%-ni, idxalın isə 18%-ni Rusiya ilə ticarət əlaqələri əhatə edib.

Son xəbərlər

Orphus sistemi