Azərbaycanın metal məmulatları istehsalçısı I yarımili zərərlə başa vurub

Biznes
  • 10 noyabr, 2023
  • 11:01
Azərbaycanın metal məmulatları istehsalçısı I yarımili zərərlə başa vurub

"AzeSteelCompany” ASC bu ilin I yarısını 1,511 milyon manat zərərlə başa vurub.

"Report" bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, qurumun yığılmış zərəri 64,1 % artaraq 3,869 milyon manata çatıb.

Yanvar-iyun aylarında "AzeSteelCompany”nin gəlirləri 573 min manat, xərcləri isə 2,084 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə səhmdar cəmiyyətinin aktivləri 21,192 milyon manat olub ki, bunun da 6,986 milyon manatı onun balans kapitalının, 14,206 milyon manatı isə onun öhdəliklərinin hesabına formalaşıb.

“AzeSteelCompany” 2003-cü ildə "Ekspress-C" adı ilə yaradılıb, 2022-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır. Şirkətin səhmlərinin 61,6 %-i "Azfinance İnvestisiya Şirkəti" QSC-yə, 18,5 %-i Cəmaləddin İsmayılova, 7 %-i Kənan Ağayevə, 4,8 %-i Aysel Səfərəliyevaya, yenə də 4,8 %-i adı açıqlanmayan fiziki şəxsə, 3,3 %-i isə Ömər Hüseynova məxsusdur. Səhmdar cəmiyyəti metal məmulatlarının istehsalı ilə məşğuldur.

44 filmi