Azərbaycanın KOB-ları ilə ABŞ şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Biznes
  • 18 may, 2023
  • 11:59
Azərbaycanın KOB-ları ilə ABŞ şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ABŞ-ın "Honeywell" şirkəti ilə, Azərbaycanın KOB subyektləri ilə şirkət arasında mümkün əməkdaşlıq imkanlarını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov "Honeywell" şirkətinin regional prezidenti Ben Drigs ilə görüşüb. Görüşdə KOBİA-nın fəaliyyəti, yerli və xarici iş adamları arasında əməkdaşlığın qurulması istiqamətində göstərdiyi dəstək barədə məlumat verilib, Azərbaycanın KOB subyektləri ilə şirkət arasında mümkün əməkdaşlıq və şirkətin təchizat zəncirində yerli şirkətlərin iştirak imkanlarına dair fikir mübadiləsi aparılıb.

"Honeywell" transmilli holdinq şirkətidir. O, xüsusi müştərilərdən tutmuş böyük korporasiyalara və hökumətlərə qədər geniş çeşiddə olan müştərilərinə müxtəlif kommersiya və istehlak məhsulları, mühəndislik xidmətləri və aerokosmik sistemlər təqdim edir.

44 filmi