Azərbaycan kərə yağı ixracından qazancını 5 dəfəyə yaxın artırıb

Biznes
  • 03 mart, 2025
  • 16:03
Azərbaycan kərə yağı ixracından qazancını 5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan 6,7 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral buraxılışında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və yaxud 4,5 dəfə çoxdur.

Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 10,7 % artaraq 245,8 milyon ABŞ dolları təşkil edib. 

44 filmi