Bu gün Azərbaycandan Danimarkaya növbəti yerli istehsal olan alüminium profillər yola salınıb.
“Report”a daxil olan məlumata görə, ixracat “Made in Azerbaijan” brendinin təmsilçilərindən olan “Sumqayıt Texnologiyalar Parkının” (STP) aldığı sifariş əsasında həyata keçirilib.
Bu Azərbaycanın Danimarkaya ixrac etdiyi ikinci alüminium profillər sifarişidir. İlk sifariş 2018-ci ilin noyabr ayında həyata keçirilib. Danimarka tərəfi məhsuldan razı qaldığı üçün daimi sifariş vermək qərarına gəlib. STP 2019-cu ildə həmin şirkət vasitəsilə Danimarkaya daha bir neçə dəfə alüminium profillər satmağı planlaşdırır.
İxrac olunan alüminium profillər ən müasir avadanlıqlarda, ən keyfiyyətli xammaldan istifadə olunaraq istehsal olunub. Məhsul Danimarkada sənaye və mülki obyektlərin tikintisində istifadə olunacaq.
STP 2014-cü ildən başlayaraq fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminium məhsulları istehsal edir. Zavodda alüminium profillərin istehsalı ilə yanaşı, toz boya, alüminium əritmə və pəstahlama, misəritmə sahələri fəaliyyət göstərir.
STP-nin Alüminium Profillər Zavodunun istehsal etdiyi bütün məhsullar həm kimyəvi, həm də fiziki xüsusiyyətlərinə görə beynəlxalq tələblərə tam cavab verdiyinə görə xarici bazarlarda da yüksək maraqla qarşılanır.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu ilin dekabr ayının 22-də dövlət başçısı