Azərbaycandan BƏƏ-yə xurma ixracı bərpa edilib

Biznes
  • 08 mart, 2023
  • 08:15
Azərbaycandan BƏƏ-yə xurma ixracı bərpa edilib

Ötən il Azərbaycandan xaricə 113,4 milyon ABŞ dolları dəyərində 147 min 632 ton xurma göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 15 % azdır.

Azərbaycan Rusiyaya 106,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 130 min 927 ton (+8 %), Ukraynaya 4,8 milyon ABŞ dolları dəyərində (-44 %) 14 min 124 ton (-53 %), Belarusa 1,9 milyon ABŞ dolları dəyərində (+26 dəfə) 1 min 881 ton (+7,3 dəfə), Qazaxıstana 168,2 min ABŞ dolları dəyərində (+65 %) 439 ton (+46 %), Türkiyəyə 35 min ABŞ dolları dəyərində (-40 %) 113,5 ton (-51 %) məhsul satıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Estoniyaya (2,2 min ABŞ dolları dəyərində 7,4 ton) ixrac həyata keçirilib. İki il 7 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərinə (26 min ABŞ dolları dəyərində 67 ton) tədarük bərpa edilib.

44 - Tezliklə