Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanda daha bir Açıq Səhmdar Cəmiyyət (ASC) təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətə Cəmiyyətə (MMC) çevrilir.
"Report" bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Söhbət "Şəkikəndnəqliyyat" ASC-dən gedir.
Bu il, oktyabrın 12-də müəssisənin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İclasın gündəliyinə "Şəkikəndnəqliyyat" ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilərək "Şəkikəndnəqliyyat" MMC-yə çevrilməsi məsələsi daxil edilib.
Yığıncaq Şəki şəhəri, Oğuz şosesi, 5 ünvanında baş tutacaq.