Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 14 % artıb

Biznes
  • 11 yanvar, 2024
  • 13:40
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 14 % artıb

2023-cü ildə Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 22 milyard manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 14,2 % çoxdur.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu il yanvarın 1-nə qədər ölkədə 95 741 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

44 filmi