Azərbaycanda Ukrayna Ticarət Evi gələn il açılacaq

Azərbaycanda Ukrayna Ticarət Evi gələn il açılacaq Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda yaradılmasına başlanılmış Ukrayna Ticarət Evi gələn il fəaliyyətə başlayacaq.
Biznes
4 Oktyabr , 2018 12:16
Azərbaycanda Ukrayna Ticarət Evi gələn il açılacaq
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda yaradılmasına başlanılmış Ukrayna Ticarət Evi gələn il fəaliyyətə başlayacaq. 

Bunu "Report"a açıqlamasında Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk bildirib.

Onun sözlərinə görə, Ukraynanın, təxminən, 30 şirkəti ticarət evinin iştirakçısı olmağa razılıq verib: "Bu şirkətlərin əksəriyyəti mühəndislik, metallurgiya, kimya sənayesi, habelə aqro-sənaye kompleksi sahəsində, həmçinin yüksək texnologiyalı məhsulların istehsalında ixtisaslaşıblar. Hazırda ticarət evinin açılışı ilə bağlı işlər son mərhələdədir, işçi heyət formalaşdırılır". 

Xatırladaq ki, Vergilər Nazirliyi "Ukrayna Ticarət Evi" MMC-ni bu il aprelin 6-da dövlət qeydiyyatına alıb. Qurumun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 48, mənzil 2, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Yuriy Osadçenko Leonidoviçdir. 

Son xəbərlər

Orphus sistemi