Azərbaycanda təhsillə bağlı Rusiya brendlərının tanıdılmasına dair yol xəritəsi hazırlanacaq

Azərbaycanda təhsillə bağlı Rusiya brendlərının tanıdılmasına dair yol xəritəsi hazırlanacaq Gələn həftə Bakıya Rusiyanın təhsil avadanlığı və tədris vəsaitlərin istehsalçılarından ibarət biznes-missiyanın gələcəyi gözlənilir.
Biznes
9 Noyabr , 2019 14:26
Azərbaycanda təhsillə bağlı Rusiya brendlərının tanıdılmasına dair yol xəritəsi hazırlanacaq

Gələn həftə Bakıya Rusiyanın təhsil avadanlığı və tədris vəsaitlərin istehsalçılarından ibarət biznes-missiyanın gələcəyi gözlənilir.

“Report”a “Rusiya İxracat Mərkəzi”nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, səfər çərçivəsində təhsil işçiləri üçün “Rusiyanın təhsil mühiti üçün yeni texnologiyaları” mövzusunda konfransın keçirilməsi, habelə məktəbəqədər, məktəb, məktəbdənkənar, orta ixtisas təhsili müəssisələrlə tanışlıq nəzərdə tutulur.

Konfransda Təhsil nazirinin müavini Firudin Qurbanovun, RF Maarif nazirinin müavini Marina Rakovanın, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun da iştirak edəcəyi bildirilir.

Səfərin məqsədi Rusiyanın təhsil avadanlığı və tədris vəsaitlərin istehsalçıları ilə Azərbaycanın aidiyyatı qurumlarının məsul şəxslərilə, habelə təhsil bazarının nümayəndələrilə təmasları yoluna qoymaqdır.

Rusiya şirkətləri təhsil sahəsində xarici ölkələrdə də yüksək qiymətə layiq görülmüş öz innovasiyalarını, habelə avadanlıq, proqram təminatı, məktəb mebel, uşaqların yaradıcılıq istedadını püxtələşdirmək üçün avadanlıq və alətlər təqdim edəcəklər. Səfərin yekununda Rusiya məhsulları və brendlərının Azərbaycanda tanıdılması üçün birgə addımlara dair yol xəritəsi hazırlamaq nəzərdə tutulur.

Səfər noyabrın 12-13-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi