Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 24 % artıb

Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 24 % artıb Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə hesabına dövlət büdcəsinə 75 milyon manat köçürüb.
Biznes
26 İyul , 2024 12:54
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 24 % artıb

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə hesabına dövlət büdcəsinə 75 milyon manat köçürüb.

"Report" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.

Hesabat dövründə Dövlət Xidməti 29 hərrac keçirib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 412 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakı üzrə 305 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 38 onlayn qoşulma reallaşıb. Birinci yarımillikdə hərrac vasitəsilə 18 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

6 ay ərzində yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi davam etdirilib. Hesabat dövründə investisiya müsabiqəsi vasitəsilə “Bakı Alüminium Profil” MMC özəlləşdirilib. Bununla yanaşı, “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib. Hazırda Müsabiqə Komissiyası təklifləri qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi