BMT rəsmisi: "Bizə məsuliyyətli biznes lazımdır"

BMT rəsmisi: "Bizə məsuliyyətli biznes lazımdır" Dayanıqlı inkişaf məqsədləri məsuliyyətli biznes üçün önəmlidir.
Biznes
26 Noyabr , 2019 10:58
BMT rəsmisi: Bizə məsuliyyətli biznes lazımdır

"Dayanıqlı inkişaf məqsədləri məsuliyyətli biznes üçün önəmlidir". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanda Məsuliyyətli Biznes” adlı konfransda BMT-nin Qlobal Sazişinin BMT Münasibətləri və Tərəfdaşlıq üzrə Baş direktoru Angus Rennie bildirib.

Onun sözlərinə görə, dünya ölkələri dayanıqlı inkişaf planlarını qəbul ediblər: "Bu, çox böyük nailiyyət idi. 17 dayanıqlı inkişaf məqsədləri qəbul edilib. Biz 2030-cu ilə qədər bir sıra çağırışlara çatacağıq".

A.Rennie qeyd edib ki, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün antikorrupsiya tədbirləri təmin edilməlidir: "Şirkətlər bu məsələdə birgə çalışmalıdır. Bizə məsuliyyətli biznes lazımdır. Dayanıqlı inkişaf məqsədləri məsuliyyətli biznes modellərini təklif edir".

O vurğulayıb ki, bizim əlavə planetimiz yoxdur ordan resurslar cəlb edək: "Milyonlarla cinslər dünyada məhv olur".

Son xəbərlər

Orphus sistemi