Azərbaycanda mənzillərin kirayəsi bu il ərzində ilk dəfə ucuzlaşmağa başlayıb

Azərbaycanda mənzillərin kirayəsi bu il ərzində ilk dəfə ucuzlaşmağa başlayıb Mənzillərin orta aylıq kirayə haqqı 95,2 manat təşkil edib
Biznes
12 May , 2018 15:11
Azərbaycanda mənzillərin kirayəsi bu il ərzində ilk dəfə ucuzlaşmağa başlayıb

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda mənzillərin kirayə haqqı 2018-ci ilin əvvəlindən ilk dəfə olaraq aprel ayı ərzində ucuzlaşıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Aprel ayı ərzində mənzillərin kirayə haqqında əvvəlki ayla müqayisədə cəmi 0,2% azalma qeydə alınıb. 

Xatırladaq ki, yanvarda mənzil kirayəsində 0,1% bahalaşma olub, daha sonrakı iki ayda isə qiymət sabit qalıb.

Rəsmi statistikaya əsasən, apreldə mənzillərin orta aylıq kirayə haqqı 95,2 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi