İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti indiyə qədər maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı ilə bağlı 82 şirkətə lisenziya verib.
"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Şirkətlərin siyahısı ilə
Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti- quraşdırma işlərini istehlakçının seçdiyi podratçı və yaxud qaz paylayıcısı istehlakçının vəsaiti hesabına həyata keçirir.
Tikinti-quraşdırma işlərinin dəyəri istehlakçı ilə podratçı arasında razılaşmaya əsasən təyin olunur.
Tikinti-quraşdırma işlərinin istehlakçı ilə podratçı arasında bağlanılan müqavilə əsasında həyata keçirilməsi və ödənişlərin podratçının bank hesabına (o cümlədən POS- terminal vasitəsilə) ödənilməsi zəruri hesab edilir.
Tikinti-quraşdırma işləri üzrə tərəflərin hüquq və vəzifələri, habelə mövcud qanunvericilik aktları ilə müəyyən edilən öhdəlikləri istehlakçılar ilə podratçı arasında bağlanılan müqavilə ilə tənzimlənir və hüquqları pozulan tərəfin digər tərəfə iddiası məhkəmə qaydasında həll olunur.