Azərbaycanda kapital amnistiyasının tətbiqinə dair prosedurlara başlanılıb

Azərbaycanda kapital amnistiyasının tətbiqinə dair prosedurlara başlanılıb Azərbaycan iqtisadiyyatında şəffaflığın artırılması istiqamətində iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə ölkədə kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir
Biznes
9 Mart , 2021 14:44
Azərbaycanda kapital amnistiyasının tətbiqinə dair prosedurlara başlanılıb

Azərbaycan iqtisadiyyatında şəffaflığın artırılması istiqamətində iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə ölkədə kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir.

“Report” xəbər veir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabatda bildirilir.

“İqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi baxımından ölkədə kapital və əmlakın amnistiyasının nəzərdən keçirilməsi məqsədilə kapital və əmlak amnistiyası ilə bağlı digər ölkələrin təcrübəsi araşdırılıbvə bu sahədə beynəlxalq standartlar və kapital amnistiyası tətbiq edən ölkələrə dair tələblər təhlil olunub, mövcud prosedura uyğun olaraq üzvü olduğumuz Avropa Şurasının MONEYVAL Komitəsinin katibliyi Azərbaycanda kapital amnistiyasının tətbiqi prosedurlarına başlanılması barədə məlumatlandırılıb və hazırda bununla bağlı hazırlanmış layihələr üzərində iş aparılır”, - deyə sənədddə qeyd edilib.

Son xəbərlər

Orphus sistemi