Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 3 dəfəyə yaxın artıb

Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 3 dəfəyə yaxın artıb Bu ilin I yarısında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 1 milyard 455,7 milyon manat təşkil edib.
Biznes
31 İyul , 2024 17:05
Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 3 dəfəyə yaxın artıb

Bu ilin I yarısında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 1 milyard 455,7 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.

“Dövlət satınalmalarının elektron qaydada həyata keçirilməsi sahibkarların sərbəst və vaxt itkisinə məruz qalmadan satınalmalarda iştirakına və subyektiv amillərin aradan qaldırılmasına şərait yaradır. Satınalmaların rəqəmsallaşdırılması rəqabətliliyin qorunması, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəlməsinə töhfə verir”. - deyə M.Abbasbəyli qeyd edib.

Son xəbərlər

Orphus sistemi