Azərbaycanda beynəlxalq ticarətlə məşğul olan sahibkarların əsas gözləntiləri açıqlanıb

Azərbaycanda beynəlxalq ticarətlə məşğul olan sahibkarların əsas gözləntiləri açıqlanıb Azərbaycanda beynəlxalq ticarət əməliyyatları aparan sahibkarların əsas gözləntiləri xarici bazarlar və beynəlxalq sertifikatlaşma prosesləri barədə məlumatlar, tərəfdaşların tapılması, maliyyə resurslarına çıxış, inzibati əməliyyat prosedurlarının daha d
Biznes
7 Oktyabr , 2024 11:11
Azərbaycanda beynəlxalq ticarətlə məşğul olan sahibkarların əsas gözləntiləri açıqlanıb

Azərbaycanda beynəlxalq ticarət əməliyyatları aparan sahibkarların əsas gözləntiləri xarici bazarlar və beynəlxalq sertifikatlaşma prosesləri barədə məlumatlar, tərəfdaşların tapılması, maliyyə resurslarına çıxış, inzibati əməliyyat prosedurlarının daha da sadələşdirilməsi, xərclərin optimallaşdırılması, vaxt tutumunun mümkün dərəcədə minimuma endirilməsi və s. ilə bağlı məsələlərdir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.

Onun sözlərinə görə, forumdan əvvəl sahibkarlar arasında sorğu keçirilib: "Məlumatların ümumiləşdirilməsi əsasında deyə bilərik ki, sadalanan çağırışlar üçün ölkəmizdə bir sıra qurumlar, o cümlədən KOBİA sahibkarlara müxtəlif dəstək və xidmətlər təqdim edir. Yerli və xarici sərgilərdə “Made in Azerbaijan” brendi adı altında istehsal olunan məhsullarının sərgilənməsi təmin olunur. İndiyə qədər KOBİA-nın təşkilatçılığı ilə 36 yerli sərgidə 1400-ə qədər, 16 xarici sərgidə isə 90-dan artıq KOB subyekt iştirak edib. Ticarət sahəsində bilik və bacarıqlarını artırmaq istəyən sahibkarlar müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində təlim və məsləhət xidmətlərindən faydalana bilərlər. Qeyri-neft məhsullarını ixrac edən KOB subyektlərinə sənədləşmədə və tələb olunan sertifikatların alınmasında KOBİA-nın qrant müsabiqəsi çərçivəsində dəstək də göstərilir".

O. Məmmədov deyib ki, xarici ticarət əməliyyatları fərqli qurumların iştirak etdiyi kompleks prosesləri özündə ehtiva edir: "Sahibkarlarımızın beynəlxalq bazarlara çıxışını dəstəkləmək üçün KOB evlərində müxtəlif xidmətlər göstərilir. Bakı KOB evində “KOB gömrük anbarı” və “Beynəlxalq ticarət və logistika zonası” fəaliyyət göstərir. Bununla yanaşı, sırf idxal-ixrac əməliyyatlarına yönəlik Xudatda KOB Evi təşkil edilib. Azərbaycan brendi olan KOB Evi modeli bu yaxınlarda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə innovativ model olaraq seçilib və mütərəqqi təcrübə kimi üzv ölkələrə tövsiyə edilib".

"Xarici ticarət əlaqələrinin genişləndirilməsi baxımından aktuallıq kəsb edən iki məsələni qeyd etmək istərdim. Bunlar biznes proseslərinin rəqəmsallaşdırılması və yaşıl keçid prinsipləridir. Beynəlxalq hesabatlar 2021-2023-cü illər arasında beynəlxalq ticarətin rəqəmsal transformasıyasının daha da sürtələndiyini göstərir. Belə ki, ötən il rəqəmsal ticarətin ümumi beynəlxalq ticarət əməliyyatlarında payı 22,5 % təşkil edib. Son üç il ərzində rəqəmsal ticarətin artım tempi illik 6 %-dən çox olunub. KOBİA olaraq KOB-ların rəqəmsallaşmasının dəstəklənməsi üçün müxtəlif tədbir və təşəbbüslər həyata keçiririk. Bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində KOB-ların Rəqəmsallaşması Proqramına start verilib. Eyni zamanda, ticarət sahəsində innovativ texnologiyalara və ideyalara əsaslanan layihələri KOBİA-ya təqdim etməklə “Startap şəhadətnaməsi” əldə etmək və vergi güzəştindən faydalanmaq mümkündür".

Son xəbərlər

Orphus sistemi