"Azərbaycan-Alman Ticarət Mərkəzi" yaradılıb

"Azərbaycan-Alman Ticarət Mərkəzi" yaradılıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti "Azərbaycan-Alman Ticarət Mərkəzi" MMC-ni dövlət qeydiyyatına alıb.
Biznes
29 Dekabr , 2020 13:43
Azərbaycan-Alman Ticarət Mərkəzi yaradılıb
0 : 00
0 : 00

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərbaycan-Alman Ticarət Mərkəzi" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Baki şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev.29, m.24, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Nurəddin İldirim oğlu Hüseynovdur.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan və Almaniya arasında xarici ticarət dövriyyəsi 745,7 mln ABŞ dolları olub ki, bu da illik müqayisədə 2,1 dəfə azdır. 11 ayda ixrac 232,3 mln ABŞ dolları (illik müqayisədə 4 dəfə az), idxal isə 513,5 mln ABŞ dolları (18,5 % az) olub. Hesabat dövründə xarici ticarət dövriyyəsinin mənfi saldosu 281,2 mln ABŞ dolları təşkil edib. Halbuki ötən il xarici ticarətdə 300,3 mln ABŞ dolları müsbət saldo yaranmışdı

Son xəbərlər

Orphus sistemi