Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 4 %-ə yaxın artıb

Biznes
  • 12 avqust, 2022
  • 07:30
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 4 %-ə yaxın artıb

Bu il avqust ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlki illə müqayisədə 3,6 % artaraq 688 968-ə çatıb

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 7,2 % artaraq 37 190 vahidə yüksəlib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9 % artaraq 188 609-a çatıb.