Azərbaycanda 8 ayda yeni qeydiyyat üsulu ilə 1 200-ə yaxın MMC yaradılıb

Biznes
  • 13 sentyabr, 2022
  • 12:17
Azərbaycanda 8 ayda yeni qeydiyyat üsulu ilə 1 200-ə yaxın MMC yaradılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kommersiya qurumlarının 71,3 %-i elektron qaydada qeydiyyata alınıb.

“Repoert” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,7 % təşkil edib.

Yeni qeydiyyat üsulu ilə (fin kod + mobil nömrə) 2022-ci ilin ilk 8 ayında 1 189 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,6 %, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,4 % təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 79,3 %-i Asan imza vasitəsilə təqdim olunub.

44 filmi