Azərbaycanda 5 ayda 83 milyon manatdan çox güzəştli kredit verilib

Biznes
  • 06 iyun, 2024
  • 13:49
Azərbaycanda 5 ayda 83 milyon manatdan çox güzəştli kredit verilib

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2 261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verib.

Bu barədə "Report"a Fonddan bildirilib.

Məlumata görə, verilmiş kreditlər hesabına 1 223 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

44 filmi