Azərbaycana nəqliyyat vasitələrinin idxalı 71 % artıb

Azərbaycana nəqliyyat vasitələrinin idxalı 71 % artıb 2021-ci ildə ümumilikdə Azərbaycana 84 596 nəqliyyat vasitəsi idxal olunub.
Biznes
25 Yanvar , 2022 13:29
Azərbaycana nəqliyyat vasitələrinin idxalı 71 % artıb

2021-ci ildə ümumilikdə Azərbaycana 84 596 nəqliyyat vasitəsi idxal olunub.

“Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş idarəsi rəisinin müavini Əsgər Məmmədov bildirib.

“Bu nəqliyyat vasitələrindən yanacaq növünə görə 50 114-ü benzin, 21 392-i dizel, 158-i elektrik, 12 932 ədədi isə hibrid avtomobilləri olub”, - Ə. Məmmədov qeyd edib.

O, ötən ildə ölkəyə gətirilən nəqliyyat vasitələri haqqında statistik məlumatları diqqətə çatdırarkən bildirib ki, 2020-ci il ərzində isə ölkəyə 49 431 nəqliyyat vasitəsi gətirilib.

Son xəbərlər

Orphus sistemi