Azərbaycan Yamaykadan qayıq və kater idxal etməyə başlayıb

Biznes
  • 13 yanvar, 2025
  • 14:00
Azərbaycan Yamaykadan qayıq və kater idxal etməyə başlayıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 653 min ABŞ dolları dəyərində 521 ədəd qayıq və kater idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 82 % azdır, kəmiyyət olaraq – 78 % çoxdur.

Hesabat dövründə Azərbaycan Yamaykadan 162 min ABŞ dolları dəyərində 1 ədəd, Rusiyadan 125 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 dəfə çoxdur) 126 ədəd (+10 dəfə), Türkiyədən 108,6 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 40 ədəd (+10 dəfə), Çindən 95 min ABŞ dolları dəyərində (-4 %) 332 ədəd (+2,4 dəfə), Meksikadan 77,4 min ABŞ dolları dəyərində 4 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yamaykadan tədarük həyata keçirilib.