Azərbaycan xəz məmulatlarının idxal xərclərini 5 dəfəyə yaxın azaldıb

Azərbaycan xəz məmulatlarının idxal xərclərini 5 dəfəyə yaxın azaldıb Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 351,19 min ABŞ dolları dəyərində təbii və süni xəz, ondan hazırlanan məmulatlar idxal edib
Biznes
19 Noyabr , 2020 12:17
Azərbaycan xəz məmulatlarının idxal xərclərini 5 dəfəyə yaxın azaldıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 351,19 min ABŞ dolları dəyərində təbii və süni xəz, ondan hazırlanan məmulatlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin eyni ayları ilə müqayisədə 1 mln 254,29 min ABŞ dolları və ya 4,6 dəfə azdır.

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana idxal edilən təbii və süni xəz, ondan hazırlanan məmulatların ümumi dəyəri 1 mln 605,48 min ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi