Azərbaycan “WorldFood Moscow”da məhsullarını təqdim edəcək

Azərbaycan “WorldFood Moscow”da məhsullarını təqdim edəcək Azərbaycan stendində 33 şirkət təmsil olunacaq
Biznes
204
17 Sentyabr , 2020 13:57
Azərbaycan “WorldFood Moscow”da məhsullarını təqdim edəcək

Sentyabrın 22-dən 25-dək Rusiya paytaxtı Moskvadakı “Crocus Expo” Beynəlxalq Sərgi Mərkəzində Rusiyanın dünya səviyyəli qida məhsullarından ibarət ən böyük payız sərgisi – “WorldFood Moscow” keçiriləcək.

“Report”un Rusiya bürosunun məlumatına görə, “WorldFood Moscow 2020” sahənin məhdudiyyətlər dövründən sonra oflayn rejimdə baş tutacaq ilk tədbiri olacaq. Sərgi yerində qida istehsalçıları və tədarükçüləri çoxdan gözlənilən canlı ünsiyyəti bərpa etmək, həmçinin aktual biznes məsələlərini həll etmək, bazarın vəziyyətini qiymətləndirmək və yeni məhsullarla tanış olmaq, yeni tədarükçülər və tərəfdaşlar tapmaq və alış-veriş etmək imkanı qazanacaqlar.

Bu il “WorldFood Moscow” ilk xarici dəstəyi alıb: sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənib. Azərbaycan stendində 33 şirkət təmsil olunacaq.

Sərgidə həmçinin Yunanıstan, Qırğızıstan, Çin, Litva, Moldova, Türkiyə, Özbəkistan və Fransa istehsalçılarının təklifləri ilə tanış olmaq mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi