Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı cüzi artıb

Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı cüzi artıb Azərbaycanlılar aldıqları mənzil sayına görə İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan və Böyük Britaniya vətəndaşlarından sonra 7-cidir
Biznes
3 Oktyabr , 2017 16:05
Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı cüzi artıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 439 mənzil alıb. 

“Report” bu barədə Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% və yaxud 11 ədəd çoxdur. 

Azərbaycanlılar aldıqları mənzillərin sayına görə İraq (2 255 mənzil), Səudiyyə Ərəbistanı (1 963 mənzil), Küveyt (1 075 mənzil), Rusiya (813 mənzil), Əfqanıstan (676 mənzil) və Böyük Britaniya (477 mənzil) vətəndaşlarından sonra 7-ci yerdə qərarlaşıb. 

439 mənzildən 54-ü yanvarda, 55-i fevralda, 50-si martda, 65-i apreldə, 63-ü mayda, 46-sı iyunda, 61-i iyulda, 45-i isə avqustda alınıb. 

Son xəbərlər

Orphus sistemi