Azərbaycan və Vyetnam iqtisadi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Vyetnam iqtisadi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər Hanoyda Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının ilk iclası baş tutub
Biznes
17 Yanvar , 2017 10:35
Azərbaycan və Vyetnam iqtisadi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Bakı. 17 yanvar. REPORT.AZ/ Vyetnamın paytaxtı Hanoyda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının ilk iclası keçirilib.

Bu barədə "Report" "BNews"a istinadən xəbər verir.

Görüşdə Azərbaycan tərəfini energetika naziri Natiq Əliyev, Vyetnam tərəfini isə sənaye və ticarət naziri Çan Tuan An təmsil edib.

İclas çərçivəsində tərəflər 2015-2016-cı illər üzrə Azərbaycan və Vyetnam arasında əməkdaşlığı, ticari-iqtisadi əməkdaşlıq çərçivəsində əldə olunmuş razılaşmaların nəticələrini qiymətləndiriblər.

Qeyd olunub ki, 2016-cı ildə Vyetnam və Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 104,44 milyon ABŞ dollarına çatıb. O cümlədən Vyetnamdan Azərbaycana 5,14 milyon ABŞ dolları məbləğində məhsul ixrac edilib, idxalın səviyyəsi isə 99,30 milyon ABŞ dolları təşkil edib.

Görüşdə, həmçinin qarşılıqlı investisiyaların yatırılması, ASK, elmi-tədqiqat, texnika və mədəniyyət sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub. Tərəflər Vyetnam və Azərbaycan arasında qarşılıqlı investisiyaların təşviqi və qorunması, eləcə də hər iki ölkədə biznes fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məqsədi ilə danışıqlara başlamaq barədə razılığa gəliblər.

Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə 2017-ci ildə Vyetnamda Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi barədə razılıq əldə ediblər.

Son xəbərlər

Orphus sistemi