Azərbaycan və Türkiyə səhiyyə layihələrinə investisiya qoyuluşunu müzakirə ediblər

Azərbaycan və Türkiyə səhiyyə layihələrinə investisiya qoyuluşunu müzakirə ediblər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbula səfəri çərçivəsində Türkiyənin “CCN Group”unun İdarə Heyətinin üzvü Burak Vardan və heyəti ilə görüşərək Dövlət-Özəl Sektor
Biznes
7 Oktyabr , 2022 10:45
Azərbaycan və Türkiyə səhiyyə layihələrinə investisiya qoyuluşunu müzakirə ediblər

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbula səfəri çərçivəsində Türkiyənin “CCN Group”unun İdarə Heyətinin üzvü Burak Vardan və heyəti ilə görüşərək Dövlət-Özəl Sektor Tərəfdaşlığı çərçivəsində ölkədə həyata keçirilə biləcək səhiyyə layihələrinə investisiya qoyuluşu imkanlarını müzakirə edib.

Bu barədə "Report"a KOBİA-dan bildirilib.

Bundan başqa, məlumata görə, O.Məmmədov Türkiyənin "Getir” şirkətinin baş icraçı direktoru Hatice Evren, Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) baş direktoru Orhan Aydın, Türk Girişim və İş Dünyası Konfederasiyasının (TÜRKONFED) İdarə Heyətinin sədri Süleyman Sönmez, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı, Beynəlxalq Biznes Forumun (IBF) prezidenti Erol Yarar və Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) prezidenti Nail Olpakla görüşlərində Azərbaycan və Türkiyə KOB-ları arasında əlaqələrin inkişafına, bu sahədə birgə əməkdaşlığa dair fikir mübadiləsi aparıb. Türkiyənin “MNG” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Mehmet Nazif Günal ilə keçirilmiş görüşdə isə nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində O.Məmmədov İstanbulda keçirilmiş 2-ci Türkiyə-Azərbaycan Enerji Forumunda iştirak edərək KOB-ların enerji sektorunda fəaliyyəti barədə çıxış edib. O, qeyd edib ki, enerji sektoru ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafı üçün yeni perspektivlər yaradır. Hər iki ölkədə bizneslərin 99%-ni KOB subyektləri təşkil edir və onların bir hissəsi enerji sektorunda təmsil olunur. Enerji sektorunda KOB subyektləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi ümumi ticarət dövriyyəsinin və investisiyaların həcminin artırılmasına əhəmiyyətli töhfə verə bilər.

Son xəbərlər

Orphus sistemi