İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyəli nazir məlumat verib.
"Azərbaycanlı nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüşümüz oldu. Türkiyə-Azərbaycan ikitərəfli ticarət əlaqələri, qarşılıqlı investisiyalar və logistika məsələlərini müzakirə etdik", - deyə o, qeyd edib.
Azerbaycan Ekonomi Bakanı Sayın Mikayıl Cabbarov ve beraberindeki heyet ile verimli bir görüşme gerçekleştirdik.
Türkiye-Azerbaycan ikili ticari ilişkilerini, karşılıklı yatırımları ve lojistik konularını ele aldık. pic.twitter.com/rswGg9afDy