Azərbaycan və Qazaxıstan arasında sənədlər imzalanıb

Biznes
  • 05 aprel, 2023
  • 07:46
Azərbaycan və Qazaxıstan arasında sənədlər imzalanıb

Bakıda Azərbaycan ilə Qazaxıstan arasında bir sıra sazişlər imzalanıb.

“Report” xəbər verir ki, imzalanma mərasimi Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyası çərçivəsində baş tutub.

Sazişlər Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, akkumulyatorların, qida və qənnadı məmulatlarının, eləcə də transformatorların tədarükünü nəzərdə tutur.