Azərbaycan və Özbəkistan iqtisadi islahatlar üzrə əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan iqtisadi islahatlar üzrə əməkdaşlıq edəcək Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Özbəkistanın Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi (CERR) arasında memorandum imzalanıb.
Biznes
103
28 Oktyabr , 2021 10:21
Azərbaycan və Özbəkistan iqtisadi islahatlar üzrə əməkdaşlıq edəcək

Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Özbəkistanın Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi (CERR) arasında memorandum imzalanıb.

“Report” xəbər verir ki, memarandumu İİTKM-nın icraçı direktoru Vüsal Qasımlı və CERR-in rəhbəri Obid Hakimov imzalayıblar.

Sənəddə birgə tədqiqat və təhlillərin aparılması, seminar və tədbirlərin təşkil edilməsi, təqaüd proqramlarının araşdırılması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, CERR-in rəhbəri Obid Hakimovun rəhbərliyi altında nümayəndə heyətinin Prezident Administrasiyası, Milli Məclis və müxtəlif qurumlarına görüşləri təşkil edilib. Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi ölkədə aparılan uğurlu iqtisadi islahatların inkişaf modelinin öyrənilməsidir.

Son xəbərlər

Orphus sistemi